“Keçmiş rəsmiləri ölkəyə dəvət edirik. Onların təhlükəsizliyinə qaranti veririk”.
Teleqraf.com xəbər verir ki, bunu Əfqanıstanın Baş naziri postunu tutan Molla Məhəmməd Həsən Axund mətbuata ilk açıqlaması zamanı deyib.
Yeni baş nazir Talibanın əfv vədini yeniləyərək bildirib ki, 2001-ci il işğalından sonra ABŞ və onun dəstəklədiyi hakimiyyətlə işləyən hər kəs əfv olunacaq.
Səfirliklərin, diplomatların və humanitar yardım quruluşların təhlükəsizliklərini təmin edəcəklərini bildirən baş nazir dünya ilə yaxşı münasibətlər qurmaq istədiklərini bildirib.
“Müharibədə dağıdılan Əfqanıstanın yenidən inşası kimi böyük məsuliyyətlə üz-üzəyik. Əfqanıstan tarixindəki bu tarixi an üçün böyük can və mülkiyyət itkiləri verdik. Əfqanıstanda qan tökmə, öldürmə və insanların aşağılanması mərhələsi bitdi. Çünki bunun nəticəsini çox ağır şəkildə ödədik”, - Əfanıstanın yeni baş naziri ilk açıqlamasında deyib.
Baş nazir ölkədə İslama əsaslanan sistem qurmaq üçün iş apardıqlarını qeyd edib.
Əlavə edib ki, Kabil hava limanının yenidən fəaliyyətə açılması tədricən baş verəcək.