ABŞ Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasındakı bütün hava hücumundan müdafiə sistemlərini geri çəkib.
Teleqraf.com xəbər verir ki, “Assişieyted Press” ABŞ-ın “Patriot” və THAAD sistemlərini avqustun sonlarında bazadan çıxardığını yazıb.
THAAD “Patriot” raketlərindən daha yüksək dəqiqlikli müdafiə sistemi hesab olunur.
Hazırda bazada batareyaların tamamilə boş olduğu deyilib.
Aylardır ABŞ-ın Səudiyyə Ərəbistanındakı müdafiə sistemlərini digər bölgələrdə yerləşdirəcəyi ilə bağlı iddia dolaşırdı. Bunun səbəbi Çin və Rusiya kimi qlobal aktorlarla qarşıdurma riskinin artmasıdır.
ABŞ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərini ölkədən çıxarılması məsələsinin Səudiyyə Ərəbistanı ilə razılaşdırıldığını açıqlayıb.