16 Sentyabr 2021 11:36
5 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderlərinin Düşənbədə keçirilən görüşündə onlayn iştirak edir.

Teleqraf.com xəbər verir ki, Putinin görüşdə KTMT ölkələrinin beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd olunub ki, ən vacib məsələlərdən biri Əfqanıstandakı vəziyyətin müzakirəsi olacaq.

Sammitin sonunda sülhməramlı fəaliyyət, KTMT qoşunlarının fəaliyyətinin təmin edilməsi və kollektiv sürətli reaksiya qüvvələrinin müasir silah, hərbi və xüsusi texnika və vasitələrlə təchiz edilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi və sənədlərin imzalanması planlaşdırılır.

Liderlər təşkilatın 2022-ci il büdcəsinə də baxacaqlar.

KTMT-yə Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər