29 Sentyabr 2021 11:10
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistana arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacağımıza ümid edirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, çox hörmət etdiyim Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm olacaq:

"Çox yaxşı münasibətlərimiz var. Ən əsası bir-birimizə güvənirik. Ölkələr və liderlər arasında inam yarandıqda, düşünürəm ki, bütün məsələlər düzgün həll olunacaq.

Bu yaxınlarda Tiflisdə olan Paşinyanla da münasibətim var. Yaxın vaxtlarda Ermənistana da səfər etməyi düşünürəm. Düşünürəm ki, bütün enerjimi İrəvanla Bakı arasındakı münasibətlərin tənzimlənməsinə sərf edə və müsbət rol oynaya bilərəm ”.


Müəllif: Nemət

Oxşar xəbərlər