12 Noyabr 2014 19:41
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən “Erməni gücü” (”Armenian Power”) cinayət qruplaşmasının son başçısı barəsində Los-Ancelesdə məhkəmə hökmü elan edilib.


“Kapone” ləqəbli Mqer Darbinyan 32 il azadlıqdan məhrum olunub.

M.Darbinyan Cinayət Məcəlləsinin 57 maddəsi üzrə günahkar hesab olunurdu. Aprel ayında Federal prokurorluqdan bildirilmişdi “Kapone”ni 973.5 il həbs cəzası gözləyir. Darbinyanın vəkili Maykl Severo onun iki uşaq atası, “nümunəvi ailə sahibi” və oğurlanan pulun məbləğinin nəzərə alınmasını tələb edib.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında 2011-ci ildə “Erməni gücü” cinayət qruplaşmasının ümumilikdə 90 üzvünə qarşı müxtəlf cinayət ittihamları irəli sürülüb. Ermənistan və keçmiş SSRİ-dən olan vətəndaşların üstünlük təşkil etdiyi "Ermıni gücü" qruplaşması 1980-ci ildə Los-Ancelesdə yaradılıb. Cinayətkar qruplaşmanın 250 üzvü olduğu ehtimal edilir. Qruplaşma qətllər törətməkdə, dələduzluq və bank qarətlərində ittiham olunur.

Aprel ayında qruplaşmanın 36 yaşlı üzvü “Kon” ləqəbli Aram Şaropetrosyan cinayətkar işbirliyində və fırıldaqçılıqda günahkar bilinib və indi Los-Anceles məhkəməsi onu 16 il müddətinə azadlıqdan məhrum edib. Cinayətkar qruplaşmanın üzvləri bank qulluqçularını ələ keçirərək bank rekvizitləri və müştərilərin şəxsi məlumatlarını oğurlayıb. Bu isə onlara vətəndaşların şəxsi hesablarından pul çıxarmağa imkan verib. Prokurorluq bildirib ki, zərərçəkənlərın toplam olaraq 8 milyon dolları qarət olunub.
/Publika.az/


Müəllif: