12 Oktyabr 2021 20:14
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyaya gəlməsi müqabilində Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və silahlara nəzarət departamentinin direktor müavini əvəzi Konstantin Vorontsov ABŞ vizası alıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Vorontsov”, - deyə Ryabkov “RİA Novosti”nin adı sanksiyalar siyahısında olan Nulandın danışıqlar üçün Moskvaya gəlməsi müqabilində Rusiya tərəfindən kimin ABŞ vizası aldığı sualına cavab olaraq deyib.

Rusiya xarici işlər nazirinin müavini belə bir “mübadilənin baş tutmasından” məmnun olduğunu qeyd edib.

Bundan əvvəl Nulandın Ryabkovla görüş üçün Rusiya Xarici İşlər Nazirliyinə gəldiyi məlum olmuşdu.


Müəllif: Səxavət