Kremlin İqtisadiyyat üzrə müşaviri Sergey Qlazyev Avropa Birliyinin (AB) Ukrayna böhranı səbəbi ilə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların davam edəcəyi təqdirdə bunun Brüsselə 1,2 trilyon dollara başa gələcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Qırğızıstanda təşkil olunan konfransda danışan Qlazyev sanksiyaların Rusiyadan daha çox, AB-yə zərar verəcəyini deyib:
“Rusiyaya qarşı aparılan sanksiyalar AB ölkələrinə zərər verir. Əgər onlar bu sanksiyaları davam etdirsə, AB 1,2 trilyon dollarından keçməli olacaq”.
Avropa ilə iqtisadi inteqrasiyanın ən gözəl alternativinin Avrasiyada iqtisadi birlik yaradılması olduğunu deyən Kreml sözçüsü bununla da Qərbin nüfuz dairəsinin kiçiləcəyini deyib:
“Pekin və Avrasiya iqtisadiyyatı inkişaf etməkdədir. Avropa isə əksinə, durğunluq dövrünü yaşayır. Avrasiya İqtisadi Birliyi AB-yə alternativ yaradılmış ən yaxşı qurumdur. Burada siyasi motivasiya yoxdur. Üzv ölkələrin hədəfi yalnız iqtisadi inkişafdır”.