2 Noyabr 2021 00:39
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Teleqraf.com Rusiyanın Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, diplomatlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini müzakirə ediblər. Humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Xarici siyasət idarələrinin rəhbərləri həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər