Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Rusiyadan alınmış “S-400” batareyalarının İncirlik bazasında göndərildiyi iddialarını təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Nazirlik mənbələri bəzi internet saytlarında “Türkiyə İncirlik hərbi hava bazasına “S-400” batareyaları göndərib” xəbəri ilə bağlı suala cavab olaraq, iddiaların tamamilə həqiqətə uyğun olmadığını bildirib.
Beləliklə, Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan “S-400”lərin Adanadakı İncirlik bazasına gətirildiyi iddiası təhlükəsizlik mənbələri tərəfindən təkzib olunub. Bu iddia ilə SKYNews Arabia-ya danışan ABŞ Müdafiə Nazirliyinin rəsmisi çıxış edib.
İncirlikdə ABŞ hərbi qüvvələrinin də hərbi bazası var.