Berlindəki Rusiya səfirliyi qarşısında rus diplomatın meyidi tapılıb.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, Berlin polisi cəsədi oktyabrın 19-da səfirliyinin qarşısındakı səkidə aşkarlayıb.
Səfirlik binasının yuxarı mərtəbəsindən yıxıldığı güman olunan 35 yaşlı diplomatın 2019-cu ildən səfirlikdə ikinci katib kimi akkreditə olunduğu qeyd edilib. Rusiya səfirliyi diplomatın cəsədinin yarılmasına icazə verməyib. Mərhumun diplomatik statusu olduğu üçün Almaniya prokurorluğu ölümlə bağlı araşdırma aparmadığı bildirilib.
Diplomatın cənazəsi Rusiyaya aparılıb. Rusiya səfirliyinin faciəli qəzaya etik səbəblərdən münasibət bildirmədiyi qeyd edilib.