6 Noyabr 2021 17:17
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna “Bayraktar” pilotsuz təyyarələrini Donbasda istifadə edərkən Minsk razılaşmalarını pozmadığını düşünür.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın yeni müdafiə naziri Aleksey Reznikov bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl bildirmişdi ki, Ukrayna hərbçiləri Donbasda ilk dəfə “Bayraktar” zərbə pilotsuz təyyarəsindən istifadə ediblər.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse bəyan etmişdi ki, Berlin Ukrayna qüvvələri tərəfindən “Bayraktar” pilotsuz uçuş aparatının istifadəsindən xəbərdardır, lakin münaqişə tərəfləri Minsk razılaşmasına görə yalnız ATƏT müşahidəçiləri tərəfindən istifadə edilə bilən PUA-lardan yararlana bilər.

“Mən diqqəti pilotsuz uçuş aparatlarının istifadəsinə qadağanın açıq şəkildə ifadə etdiyi Minsk razılaşmalarının mətninə cəlb etmək istərdim. Amma bir vacib söz var ki, onu hətta alman dostlarımız da unudurlar: Bu da ondan ibarətdir ki, ruslara Ukrayna torpağında pilotsuz uçuş aparatlarından istifadə etmək qadağandır. Biz isə öz torpağımızdayıq və bu Ukrayna pilotsuz aparatıdır”, - deyə A.Reznikov bildirib.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın Donbasda “Bayraktar”dan istifadəsini Kiyevin nəticələrini təsəvvür edə bilməyəcəyi çox təhlükəli oyun adlandırıb. Minsk razılaşmalarına əsasən, ATƏT missiyasının pilotsuz təyyarələri istisna olmaqla Donbasda dronların istifadəsi qadağandır.


Müəllif: Səxavət

Oxşar xəbərlər