15 Noyabr 2014 13:38
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza təmas xəttində vertolyotun vurulması hadisəsini şərh edib.

O bildirib ki, hadisə ATƏT-in Minsk qrupu tərəfindən araşdırmalıdır: "Azərbaycan qoşunları tərəfindən təmas xəttində erməni vertolyotunun uçuşu və Azərbaycan hərbçiləri tərəfindən vertolyotun vurulması ATƏT-in Minsk qrupu tərəfindən ətraflı araşdırılmalıdır", - deyə Brayza bildirib.

Sabiq rəsmi vertolyotun vurulmasında Ermənistan tərəfini günahkar bilib. O qeyd edib ki, ermənilər aqresiya ilə qarşı tərəfi təhrik etməyə cəhd edirlər. Brayzanın fikrincə, digər bir səbəb Ermənistan tərəfinin Azərbaycan torpaqlarını işğal etməsidir.(Ans)


Müəllif: