20 Noyabr 2021 11:16
3 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan atom elektrik stansiyasının tikintisi məsələsinə yenidən baxacaq.

Teleqraf.com xəbər verir ki, bunu respublika prezidenti Kasım-Jomart Tokayev Almatıya işgüzar səfəri zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ölkədə artıq elektrik enerjisi çatışmazlığının ilk əlamətləri özünü göstərməkdədir və bu, onu 90-cı illərə atmaqla yanaşı, iqtisadiyyata da ciddi ziyan vura bilər.

“Gələcəyə baxdıqda biz atom elektrik stansiyasının tikintisi ilə bağlı mahiyyət etibarilə qeyri-populyar qərarlar qəbul etməli olacağıq. Ancaq liderin rolu, necə deyərlər qeyri-populyar qərarlar qəbul etməkdir. Təbii ki, xaricdə, o cümlədən Rusiya Federasiyasında mövcud olan müasir texnologiyalarla bağlı vətəndaşlarımıza aydın izahatlar verilməlidir. Çernobıldakı kədərli təcrübəyə əsaslanan nüvə enerjisi ilə bağlı köhnəlmiş fikirlər bu sahədə mövcud olan texnologiyanın inkişaf səviyyəsi ilə əlaqəli deyil”, - deyə o qeyd edib.

Tokayevin Qazaxıstanın atom elektrik stansiyasına ehtiyacı olduğunu açıqlaması ilk dəfə deyil. Hələ sentyabr ayında o, Şərq İqtisadi Forumunun plenar sessiyasında müvafiq bəyanatla çıxış edib. Bir qədər əvvəl prezident hökumətə və “Samruk-Kazına” fonduna bir il ərzində ölkədə təhlükəsiz və ekoloji cəhətdən təmiz nüvə enerjisinin inkişaf etdirilməsi imkanlarını öyrənməyi tapşırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər