Prezident Vladimir Zelenski Ukraynanın Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olub-olmamasından danışıb.
Teleqraf.com xəbər verir ki, o, Ukraynanın səkkiz ildir Rusiya müharibə vəziyyətində olduğunu deyib.
“Rusiyadan və ya Rusiya Federasiyası tərəfindən dəstəklənən yaraqlılardan genişmiqyaslı (hücum) və ya güclü eskalasiyanın davamı - mən inanıram ki, belə bir ehtimal hər gün ola bilər, bu gün belə bir hədə-qorxu var. Bəzi saytlardan, media qurumlarından sabah müharibə olacağına dair çoxlu hədə-qorxu gəlir”, - Zelenski vurğulayıb.
O, hesab edir ki, Ukrayna sərhədlərinə tam nəzarət edir və istənilən eskalasiyaya tam hazırdır:
“Hər gün təkcə öz kəşfiyyatımızdan yox, həm də bizi dəstəkləyən digər ölkələrin, tərəfdaş dövlətlərin kəşfiyyat xidmətlərindən məlumat alırıq. Onlar bizi dəstəkləyirlər, hərbi, informasiya, texniki və maliyyə yardımı da edilir. Amma biz ilk növbədə özümüzə, ordumuza arxalanmalıyıq. Ordumuz qüdrətlidir”.