İnsanların yaxın keçmişdəki yaddaşı silinə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın Kyoto Universitetinin alimləri araşdırma aparıb.
Tədqiqatlar eksperimental heyvanlar üzərində aparılıb.
Mütəxəssislər hesab edirlər ki, bu elmi kəşf tibbdə yeni bir başlanğıca səbəb olacaq.
Yaddaş silinən zaman kofilin maddəsindən istifadə olunur. Bu maddədən istifadə zamanı Alzaymer, psixiatrik xəstəliklər və xüsusilə şizofreniya kimi bəzi patologiyalar qeydə alınır. Bunun səbəbi oradakı hüceyrələrin beyinlə əlaqə qura bilməməsidir. Yeni elmi kəşf bu xəstəliklərin müalicəsində ciddi irəliləyişə səbəb olacaq.