1 Dekabr 2021 12:46
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın dənizçilik naziri Annik Girardin bildirib ki, balıqçılıq problemi dekabrın 10-na kimi həll olunmazsa, İngiltərəyə qarşı cavab tədbirləri görəcəklər.

Teleqraf.com xəbər verir ki, nazir İngiltərənin hələ də 154 fransız balıqçıya Britaniyanın ərazi sularında balıq tutmaq üçün lisenziya vermədiyini deyib.

İngiltərəni Avropa İttifaqında həmrəyliyi pozmaqda ittiham edən Girardin dekabrın 10-na qədər İngiltərə ilə problemi həll etməyə çalışacaqlarını bildirib.

Girardin qeyd edib ki, London bu tarixə qədər fransız balıqçılara lisenziya verməsə, Aİ lazım olanı edəcək, hüquqi addımlar atacaq və cavab tədbirləri həyata keçirəcək.

Fransanın Aİ məsələləri üzrə dövlət naziri Klement Bon isə verdiyi açıqlamada Paris və Aİ-nin bu problemin həlli üçün İngiltərə ilə danışıqları dekabrın 10-dək davam etdirəcəyini bildirib. Bon bu tarixə qədər heç bir həll tapılmasa, danışıqları dayandıracaqlarını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər