3 Dekabr 2021 08:25
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ərzaq qiymətləri buğda və süd məhsullarına tələbatın artması fonunda ardıcıl dördüncü aydır ki, qalxır.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayıb.

Noyabrda ərzaq qiymətləri indeksi 134,4 bənd təşkil edərək 2011-ci ilin iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb və oktyabr ayı ilə müqayisədə 1,2%, ötən ayın noyabr ayı ilə müqayisədə isə 27,3 faiz yüksək olub. Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi beş əsas ərzaq əmtəə qrupu üçün beynəlxalq qiymət hərəkətlərini izləyən ortalama göstəricidir.

Noyabrda ən əhəmiyyətli artımı oktyabr ayı ilə müqayisədə 3,4% artan süd məhsullarının qiymət indeksi göstərib. Kərə yağı və süd tozuna qlobal idxal tələbi yüksək olaraq qalır. Taxıl qiymət indeksi oktyabra nisbətən 3,1, illik göstəriciyə görə isə 23,2 faiz artıb.

Bildirilir ki, buğdanın qiyməti 2011-ci ilin may ayından etibarən ən yüksək həddə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər