ABŞ-ın Cənubi Karolina ştatında xəstəxanada işləyən 53 yaşlı tibb bacısı Tommi Makdonald saxta peyvənd kartları hazırlamaqda və yaymaqda ittiham olunur.
Teleqraf.com xəbər verir ki, bu həftə keçirilən məhkəmədə tibb bacısına ümumilikdə 20 il həbs cəzası veriləcəyi gündəmdədir.
Məlumata görə, onun saxta COVID-19 peyvəndi kartı yazdığı aşkar edilib. Əvvəlki ifadələrində ittihamları rədd edən qadın federal orqanlara yalan ifadələr verdiyinə görə də mühakimə olunacaq.
Tibb bacısı saxta COVID-19 peyvəndi kartları hazırladığına görə 15 il, federal müstəntiqlərə yalan danışdığına görə isə 5 ilə qədər həbs cəzası ala bilər.