9 Dekabr 2021 22:43
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa 2 döyüş təyyarəsinin Qara dənizin beynəlxalq sularında Rusiya reaktivləri tərəfindən təqib edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Fransa Silahlı Qüvvələri bunun həftə ərzində ikinci belə olay olduğunu bildirib.

Silahlı Qüvvələrin sözçüsü polkovnik Paskal İanni verdiyi açıqlamada Fransa təyyarələrinin NATO çərçivəsində müşahidələr apardığını və Rusiya təyyarələrinin missiyalarına təsir etmədiyini deyib.

Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Ukrayna-Rusiya gərginliyi ilə bağlı verdiyi açıqlamada Kiyevi dəstəkləyəcəklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər