2021-ci ildə Ermənistandan Rusiyaya işləmək üçün 300 minə yaxın insan gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ilin əvvəlindən 3 milyondan çox özbək Rusiyanın müxtəlif regionlarına işləmək üçün gəlib. Daha 60 min Özbəkistan vətəndaşı təhsil almaq üçün Rusiyanın müxtəlif şəhərlərinə gəlib.
Tacikistandan isə təxminən 1,6 milyon insan işləmək məqsədilə Rusiyadadır.
Qırğızıstandan olan əməkçi miqrantların sayı 600 mindən çox olub.