Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin baş direktoru Cenn Harries COVID-19 virusunun omikron ştammının daha təhlükəli olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Harries yeni mutasiyaya yoluxanların sayının kəskin artacağını bildirib.
Onun sözlərinə görə, ölkənin bir çox bölgəsində virusa yoluxanların sayı son iki gün ərzində iki qat artıb.
London Gigiyena və Tropik Tibb Məktəbində yoluxucu xəstəliklərin araşdırıması professoru Qraham Medlei bildirib ki, ölkə səhiyyəsi yeni virusla mübarizə aparmaq gücünə qadir deyil.
Professorun fikrincə, bayrama qədər hər gün bir milyon COVID-ə yoluxma halı qeydə alınacaq.