17 Dekabr 2021 00:39
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kosmos Agentliyinin (ESA) tədqiqatçıları Yerlə toqquşma riski ən yüksək olan meteoriti müəyyən ediblər. 2021 QM1 adlanan meteoritin ən yüksək risk daşıdığı tarix 2 aprel 2052-ci il olaraq təyin olunub. Amma bu tarixdə Yerlə toqquşma ehtimalı 3322-də birdir.

Teleqraf.com xəbər verir ki, bu ilin avqustunda təsbit edilən və 2021 QM1 adı verilən meteorit 1302 digər göy cisminin yer aldığı siyahıda birincidir.

Digər tərəfdən, 2021 QM1 siyahının başında olmasına baxmayaraq, az risk yaradır. Asteroidin ən yüksək risk daşıdığı tarix 2 aprel 2052-ci il olaraq müəyyən edilib. Amma bu tarixdə Yerlə toqquşma ehtimalı 3322-də birdir.

Başqa sözlə, meteoritin planetlə toqquşmama ehtimalı 99.9 faizdən yüksəkdir.

Üstəlik, elm adamları diametri təxminən 50 metr olan meteoritin toqquşma anında planetimizə elə də böyük zərər verməyəcəyini bildirirlər. Sözügedən meteoritin ölçüsü 2013-cü ildə Rusiya üzərində atmosferə daxil olarkən gözlənilmədən partlayan meteoritlə demək olar ki, eynidir.

Çelyabinsk vilayətindən 15-20 kilometr hündürlükdə partlayan meteorit şok dalğası yaradıb və nəticədə binaların şüşələri sınıb və hadisə nəticəsində 1500 nəfər yaralanıb.

Risk siyahısında olan digər yeni asteroidin adı 2021 GX9-dur. Bu meteorit QM1-dən kiçikdir və 2032-ci il aprelin 16-da Yerə çarpılma ehtimalı 14534-də birdir.

Mütəxəssislərin fikrincə, belə asteroidlərdən narahat olmağa dəyməz. Çünki həqiqətən təhlükəli olanlar astronomların aşkar etməkdə çətinlik çəkdiyi kor nöqtələrdən gələnlərdir. 2013-cü ildə Rusiyanı təşvişə salan meteorit də atmosferə görünmədən daxil olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər