Tayvanda nüvə enerjisi, donuz əti idxalı və gələcək referendum tarixi ilə bağlı referendum üçün səsvermə başlayıb.
Teleqraf.com xəbər verir ki, Tayvan dövlət başçısı Tsay İnq-ven paytaxt Taybeydəki seçki məntəqəsində səsverməyə gəlib.
Tayvanlılar ABŞ-da geniş istifadə olunan raktopaminlə donuz ətinin idxalının qadağan edilib-edilməməsinə də səs verəcəklər.
Rəy sorğuları göstərir ki, seçicilər arasında enerji məsələsində fikir ayrılığı olsa da, cəmiyyət donuz əti qadağasına edilən dəyişikliklər və referendumların nə vaxt keçirilə biləcəyi mövzularında həmfikirdir.