19 Dekabr 2021 18:15
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-yunqun vəzifəsi yüksəldilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Ryonghap” agentliyi məlumat yayıb.

Belə ki, Şimali Koreyanın mərhum lideri Kim Çen İrin vəfatının ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edən Kim Yo-yunq Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun səkkiz hazırkı üzvü arasında yer alıb. Bundan əlavə, ölkənin hazırkı liderinin bacısı Siyasi Büronun üzvü olan üç siyasətçinin yanında özünə yer edib.

Agentliyin fikrincə, bütün bunlar Kim Yo-yunqun daha yüksək vəzifə - Siyasi Büro üzvü və ya ən azı deputat postu aldığını göstərə bilər.

Bununla bağlı rəsmi məlumat verilməyib.

Kim Yo-yunq 2017-ci ildən Siyasi Büronun üzvüdür. Lakin 2021-ci ilin yanvarında ölkənin idarəetmə orqanının yenilənmiş tərkibinə daxil edilməmişdi.

Şimali Koreyada Kim Çen Indan sonra ikinci şəxs hesab edilən Kim Yo-yunq ölkənin gələcək lideri kimi də qəbul edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər