21 Dekabr 2021 09:59
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti koronavirus pandemiyası və Rusiyadan gələn təhdidlər səbəbindən Amerika vətəndaşlarına Ukraynaya səfər etməmək barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamentindən verilən açıqlamada Ukrayna üçün edilən səyahət xəbərdarlığında bu ölkənin statusunun “4-cü kateqoriya” (“Səyahət etməyin”) olaraq yeniləndiyi bildirilib.

Açıqlamada xəbərdarlığın səbəbləri kimi COVID-19, habelə Rusiyadan gələn təhlükənin artması, bəzi bölgələrdə gərginliyin və cinayət riskinin artması göstərilib.

Dövlət Departamentinin Ukrayna ilə bağlı açıqlamasında qeyd olunub:

“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı böyük hərbi əməliyyat planlaşdırdığı barədə məlumatlardan xəbərdar olmalıdırlar. ABŞ vətəndaşları həmçinin Rusiyanın işğalı altında olan Krım və Rusiyanın nəzarətində olan Ukraynanın şərqində, xüsusən də Ukrayna sərhədlərində təhlükəsizlik durumunun gözlənilməz olduğu və çox az fərqlə pisləşə biləcəyi barədə məlumatlandırılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər