25 Dekabr 2021 16:37
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Qətər Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanının işlədilməsi mövzusunda anlaşma əldə edib.

Teleqraf.com xəbər verir ki, hava limanının işlədilməsinə dair türk və qətərli şirkətlər arasında bərabər şərtlər səviyyəsində razılaşma imzalanıb.

İddia edilir ki, razılaşma Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Dohada olduğu zaman əldə edilib.

Bu razılaşmanın sonunda Türkiyədən bir texniki heyət Qətər tərəfi ilə koordinasiya aparmaq üçün Dohaya gedib.

Türkiyə və Qətər rəsmilərindən ibarət müştərək nümayəndə heyəti Dohadakı görüşlərdən sonra Əfqanıstanın müvəqqəti hökuməti ilə Əfqanıstanın paytaxtı Kabildəki hava limanının istismarına dair razılaşmanı müzakirə edib. Əfqanıstan tərəfinin tələbləri barədə məlumat alıblar.


Müəllif: Nemət