4 Yanvar 2022 10:45
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Dəniz Ticarəti Təşkilatı (UKMTO) dünən gecə saatlarında Yəmənin Ras İsa limanı yaxınlarında bir gəmiyə hücum edildiyinə dair məlumat alındığını və araşdırma aparıldığını elan edib.

Teleqraf.com xəbərinə görə, UKMTO hücumu həyata keçirən gəminin yerləşdiyi yerin Qırmızı dənizdəki Ras İsa neft terminalından təxminən 23 dəniz mili qərbdə olduğu bildirilib və dənizçilərə çox diqqətli olmaları tövsiyə edib.

Açıqlamada mövzu ilə bağlı araşdırma aparıldığı bildirilib. Hücumla bağlı hələlik ətraflı izahat verilməyib.

Digər tərəfdən, Yəməndə hökumət qüvvələrinə dəstək verən ərəb koalisiyası verdiyi açıqlamada Yəmənin Beyda şəhərində İranın dəstəklədiyi husilərin nəzarətində olan hərbi düşərgəyə hava hücumu təşkil edildiyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər