“Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.
Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər".
Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.