7 Yanvar 2022 14:00
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrinin hərəkətlərinə rəhbərlik etmək üçün Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov təyin edilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Xəbər verildiyi kimi, 70-dən çox İl-76 təyyarəsi və beş An-124 təyyarəsi gecə-gündüz KTMT qüvvələrinin Rusiya kontingentinin bölmələrini Qazaxıstana köçürür.

KTMT-nin baş katibi Stanislav Zas daha əvvəl bildirmişdi ki, bütün sülhməramlı birləşmələrin yerinin dəyişdirilməsi cümə günü, yanvarın 7-də başa çatmalıdır.

Yanvarın 6-da axşam saatlarında sülhməramlı qüvvələrdən ilk rus bölmələrinin Qazaxıstana gəldiyi bildirilir.

A.Serdyukov Birinci və İkinci çeçen müharibələrinin iştirakçısı, Hava Desant Qüvvələrinin birləşmiş batalyonunun Priştinaya (Kosovo) atılmasının və Rusiyanın Suriyadakı hərbi əməliyyatının iştirakçısıdır. Aktivində 200-dən çox paraşütlə tullanma var.


Müəllif: Səxavət

Oxşar xəbərlər