8 Yanvar 2022 10:20
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu nazirliyin mətbuat xidməti bildirib.

Hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan respublikaya göndərilməyə hazırlanırlar. İndi Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

“Əvvəlki transferlər KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hava-desant qoşunları “Çkalovski”, “İvanovo-Severnıy” və “Ulyanovsk-Vostoçnıy” yükləmə aerodromlarında yerləşdirilmişdi”, - məlumatda deyilir.

Nazirlik onu da bildiirb ki, əvvəllər Qazaxıstana gəlmiş bir qrup hərbçi qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibindən Rusiya sülhməramlılarının ilk bölmələri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana gəlib.

Rusiya sülhməramlılarının hərəkətlərini Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov idarə edəcək.


Müəllif: Səxavət