10 Yanvar 2022 10:06
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinada “9 Yanvar Serb Respublikası günü” qadağan edilsə də, Banya Lukada qeyd olunub.

Teleqraf.com xəbər verir ki, bayram şənliklərind Bosniya və Herseqovina prezident şurasının serb üzvü Milorad Dodik, Serb Muxtar respublikasının başçısı Zelka Çviyanoviç, 800 serb polisi, muxtar respublika parlamentinin sədri İvitsa Daçiç və baş naziri Ana Brbaniç, Rusiya səfiri İqor Kalbuxov və fransalı deputatlarla yanaşı, ümumilikdə 2700 nəfər iştirak edib.

Küçələr və dövlət qurumlarında Serb Respublikasının bayraqları asılıb.

Serblərin bu gecə Brçko qəsəbəsindəki bosniyalıların yaşayış məntəqələrinə girəcəyi ilə bağlı şayiələr ictimaiyyəti təşvişə salıb. Təhlükəsizliyindən narahat olan bosniyalıların evlərini tərk edərək şəhərin cənub bölgəsinə getdiyi, bölgəyə çox sayda polis qüvvələrinin göndərildiyi bildirilib.

Digər tərəfdən, serblər Bosniya və Herseqovinada və Serbiyanın Sancak bölgəsinin bir çox bölgəsində müsəlmanlara qarşı edilən zülm və irqçiliyi dəstəklərən şüarlar səsləndiriblər.

Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi 2015-ci ildə o vaxtkı Prezident Şurasının üzvü Bakir İzetbeqoviçin tələbi ilə “Serb Respublikası günü”nü konstitusiyaya zidd elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər