İngiltərə Baş nazir Boris Conson COVID-19 məhdudiyyətləri çərçivəsində qadağan olunsa da, hökumət binasının bağında partiyə qatıldığı iddiaları ilə bağlı keçirilən parlament iclasına qatılmayıb və müxalifət onun istefasını tələb edib.
Teleqraf.com xəbər verir ki, Conson Leyboristlər Partiyasının çağırışı ilə keçirilən sessiyaya xəzinədar Maykl Ellisi göndərib.
Ellis hakim partiyanın oturacaqlarının böyük ölçüdə boş olduğu iclasda müxalifətçilərin suallarını cavablandırmaqda çətinlik çəkib.
Partiyanın iddiaları ilə bağlı araşdırma aparıldığını və nəticələrin gözlənilməsi lazım olduğunu deyən Ellis nəticələrə əsasən, Consonun istefa verib-verməyəcəyi ilə bağlı danışmaqdan çəkinib.
İngilis mediasının iddiasına görə, ölkədə evdənkənar toplaşmaların qadağan edildiyi 20 may 2020-ci il tarixində baş nazirin ofisinin bağında 100-dən çox ofis əməkdaşı qonaqlığa dəvət edilib. Dəvətə Baş nazir Boris Conson və həyat yoldaşı Kerri Conson da daxil olmaqla 40 nəfərin qatıldığı deyilib.
Conson bununla bağlı açıqlama verməkdən yayınıb.