“İlk xristianlar ermənilərdir” cəfəngiyyatını bu dəfə “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Sarukyan təkrarlayıb.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə çıxış edən Saruktan Ermənistanda İsa peyğəmbərin heykəlini qoymaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan “xristianlığı qəbul edən ilk ölkə”dir və buna görə də burada İsa Məsihin heykəli olmalıdır.
“Bu heykəl hündürdə olmalıdır. Mən bu layihəni 2022-ci ildə həyata keçirmək niyyətindəyəm. Mən artıq bu məsələ ilə məşğulam və inşaatçılara, memarlara, heykəltəraşlara müvafiq göstərişlər vermişəm”, - siyasətçi deyib.
O, həmçinin bildirib ki, “ideya”sına görə, heykəlin hündürlüyü ən azı 33 metr olmalıdır.