15 Yanvar 2022 20:27
2 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya vətəndaşlarını gübrə kimi öz nəcislərindən istifadə etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, uzun illərdir kənd təsərrüfatı gübrələrini Çindən tədarük edən Şimali Koreya vətəndaşlarını evdə hazırlanan gübrələrdən istifadə etməyə təşviq edir.

Mövzu ilə bağlı səlahiyyətlilər 10 günlük prosesə başlayarkən, vətəndaşları insan nəcisindən gübrə istehsal etməyə çağırırlar.

Ekspertlər bildiriblər ki, nəhayət, təsərrüfat üçün lazım olan gübrələrin toplanması yükü sadə insanların çiyninə düşüb.

Bundan əlavə, müəyyən kvota dolduran vətəndaşlara öz nəcisləri ilə ticarətə icazə veriləcəyi də açıqlanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər