17 Yanvar 2022 10:26
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovina Prezident Şurasının serb üzvü Milorad Dodiklə görüşən Serbiya Prezidenti Aleksandar Vuçiç bu ölkədə baş verən son hadisələrə toxunub.

Teleqraf.com xəbər verir ki, Vuçiç Serb Muxtar Respublikası liderini serb xalqının maraqlarını, Bosniya və Herseqovinada sülh və əmin-amanlığın qorunması üçün tövsiyələri dinləməyə və qurumların işinə töhfə verməyə çağırıb.

“Dodik və Serb Respublikası subyektlərinin rəsmilərindən xahişim qərarlarında serb xalqının və qurumların maraqlarını nəzərə almaqdır”, - prezident qeyd edib.

Vuçiç ABŞ-ın son zamanlarda separatçı iddialarla çıxış edən Dodikə qarşı tətbiq etdiyi sanksiyaları da tənqid edib: “Bu cür sanksiyalar bütün regionda, xüsusən də Bosniya və Hersoqovinada sülhü pozacaq addımlardır”.

Milorad Dodik son aylarda separatçı iddiaları ilə gündəmdədir. O, öz ordusunu quraraq, muxtar respublikanın “müstəqilliyini” elan edəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu