21 Yanvar 2022 11:44
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kommunist Partiyasından olan deputatlar Donetsk və Luqanskın müstəqilliyinin tanınması ilə bağlı parlamentə təklif təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, Rusiya Kommunist Partiyasının deputatları “Donetsk Xalq Respublikası”nın və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınması təklif edirlər.

Təklif Dövlət Dumasında qəbul olunarsa, prezident Vladimir Putin tərəfindən təsdiq edilməlidir.

Rusiyanın bu ölkələri tanıması halında region xalqlarının təhlükəsizliyinin təmin ediləcəyi və hər iki “dövlətin” beynəlxalq aləmdə tanınması üçün böyük addım atılacağı qeyd edilir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, prosedurlar tamamlanana qədər Kreml təklifi şərh etməyəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər