21 Yanvar 2022 14:42
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenevrədə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Teleqraf.com-un məlumatına görə, görüşün bir neçə saat davam edəcəyi bildirilib

Görüşdən sonra Entoni Blinken və Sergey Lavrov ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

Bunun ardından isə onların İsveçrə Prezidenti və xarici işlər naziri İqnasio Kassislə görüşü planlaşdırılıb.


Müəllif: Teleqraf.com