25 Yanvar 2022 11:01
2 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Küçəyə çıxsam, siz gizlənməyə yer tapmayacaqsınız. Əgər istefa verməyə məcbur edilsəm, daha təhlükəli ola bilərəm”.

Teleqraf.com xəbər verir ki, Pakistan Baş naziri İmran Xan ölkə müxalifətin təzyiqlərinə cavabında belə deyib.

Xan ona qarşı birləşən müxalifət hərəkatının iflasa uğrayacağını söyləyib.

Müxalifət ittifaqının bu yolla mövcud hökuməti şantaj etmək istədiyini və onlara hər hansı güzəştin xəyanət olacağını bildirən baş nazir hökumətinin səlahiyyət müddətini başa vuracağını və növbəti seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb.

“Küçəyə çıxsam, siz gizlənməyə yer tapmayacaqsınız. Əgər istefa verməyə məcbur edilsəm, daha təhlükəli ola bilərəm”, - Xan vurğulayıb.

Xan həmçinin müxalif Pakistan Müsəlman Liqası-Nəvaz partiyasının (PML-N) lideri Şahbaz Şərifi də tənqid edib.

Müxalifət partiyaları martın 23-də İmran Xanın hökumətinə qarşı paytaxt İslamabada yürüş edəcəklərini açıqlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər