ABŞ-ın Nevada şəhərində qırmızı işıqda keçən avtomobil çox sayda insanın ölümünə və xəsarət almasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, hərəkətin sıx olduğu küçədə “Dodge Challenger” markalı avtomobil yüksək sürətlə qırmızı işıqdan keçib.
Avtomobil 6 nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra dayana bilib. Nəqliyyat vasitəsindəki 9 nəfərin hamısı hadisə yerində dünyasını dəyişib. Başqa avtomobildə olan 1 nəfərin vəziyyəti ağırdır. Qəza zamanı 6 avtomobilə ziyan dəyib, 6 nəfər yüngül xəsarət alıb.
Polisin bildirdiyinə görə, bu, şəhərin tarixində ən ağır nəqliyyat qəzasıdır.