Xorvatiya Prezidenti Zoran Milanoviç İngiltərəni Rusiya və Ukrayna arasında münaqişəni qızışdırmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Euractive yazıb.
“İngiltərə Ukraynanı çaşdırır, onu təhrik edir və kiçik gücə çevrilmiş Londonla Vaşinqton arasındakı münasibətlərdə girov saxlayır”, - Xorvatiya lideri bildirib. O, həmçinin qeyd edib ki, İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra ittifaq üzvləri üçün xeyli kiçik rol oynayır.
Milanoviç bundan əvvəl Kiyev və Moskvanı qarşıdurmaya təhrik edənləri “təhlükəli şarlatanlar” adlandırmışdı.