Suriyadakı türk ordusunun nəzarət etdiyi “Sülh çeşməsi” və Zeytun budağı ərazilərinə təcavüz atəşi açaraq sızmağa cəhd edən 14 PKK/YPG terrorçusu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçuları yuvalarında vurmağa davam edirik! Sülh çeşməsi və Zeytun budağı ərazilərində təcavüz atəşi açaraq içəri sızmağa cəhd edən 14 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib”, - məlumatda bildirilir.