11 Fevral 2022 09:30
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin fevralın 7-də Fransa Prezidenti Emmanuel Makronu qəbul etmə forması dünyada rezonans doğurmuş, Qərb mediası Makronun Moskvada aşağılandığını iddia etmişdi.

Teleqraf.com xatırladır ki, Putin Makronu 5 metr uzunluğu olan masada qəbul etmiş, onunla əllə görüşməmişdi.

Rusiya Araşdırmalar İnstitutu əldə etdiyi məlumata görə, Makronun Moskvaya səfəri zamanı PCR testi vermədiyini iddia edilib.

Kremlin tələbinə görə, ölkə başçısı 3 testdən keçməli imiş, lakin Makron bu şərtdən imtina etdiyi üçün uzun masada oturmalı, Putinlə əllə görüşməməli olub.


Müəllif: Nemət