Dünya günlərdir Rusiya-Ukrayna sərhədində baş verən hadisələri müzakirə edir.
Teleqraf.com xəbər verir ki, gərginliyin əvvəlindən Rusiyanın yanında olacağını açıqlayan Belarus lideri Aleksandr Lukaşenko bu gün verdiyi açıqlamada ölkəsinin Qərb təhlükəsi ilə üzləşəcəyi təqdirdə nüvə silahına sahib ola biləcəyini bildirib.
“Rəqiblərimiz tərəfindən axmaq və ağılsız addımlar atılarsa, biz regionumuzu qorumaq üçün təkcə nüvə silahından yox, həm də super nüvə silahlarından istifadə edəcəyik”, - Lukaşenko deyib.
Lukaşenko həmçinin Rusiyadan “S-400” müdafiə sistemləri almağı nəzərdən keçirdiyini və bunu həmkarı Vladimir Putinlə müzakirə edəcəyini açıqlayıb.
Lukaşenko bu yaxınlarda verdiyi açıqlamada Putini dəstəklədiyini açıq şəkildə bəyan edib: “Müttəfiqimiz Rusiyaya birbaşa hücum edilərsə, Belarus da ona qoşulacaq”.