20 Fevral 2022 19:00
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin diplomatik həlli yollarının axtarışını aktivləşdirməyi məqsədəuyğun hesab ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda deyilir.

Putin Makronla söhbətində Donbassda təmas xəttində vəziyyətin kəskin şəkildə pisləşməsindən ciddi narahatlığını bildirib və vurğulayıb ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti tələblərinə konkret və əsaslı şəkildə cavab verməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər