21 Fevral 2022 09:49
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum əmri verdiyi barədə məlumat var.

Teleqraf.com xəbər verir ki, Rusiya və Ukrayna arasında gərginliyin artdığı vaxtda Amerika kəşfiyyatı mediaya maraqlı bir iddia sızdırıb.

“Vaşinqton Post” qəzeti və CNN-nin ABŞ rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, Amerika kəşfiyyatında Putinin ordu komandanlarına Ukraynaya hücum əmri verməsi barədə məlumat var.

Xəbərdə bu məlumatın keçən həftə Vaşinqtona çatdırıldığı və ABŞ Prezidenti Co Bayden və Dövlət katibi Entoni Blinkenin kəşfiyyat məlumatlarına əsaslanaraq Putinin Ukraynanı işğal etmək qərarına gəldiyi barədə açıqlama verdikləri iddia edilib.

O da istisna edilməyib ki, bu məlumat Rusiya tərəfindən dünya ictimaiyyətini çaşdırmaq məqsədi ilə yayılıb.

Bayden bundan əvvəl Putinin Ukraynanı işğal etmək qərarına gəldiyinə və Rusiya ordusunun Kiyevi işğal edə biləcəyinə əmin olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu