21 Fevral 2022 15:11
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Mayk Pompeo hesab edir ki, ABŞ Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini qiymətləndirməməlidir.

Teleqraf.com bildirir ki, Pompeo bu barədə “C-SPAN “telekanalında bildirib.

Siyasətçinin fikrincə, Rusiya liderinin hərəkətləri hər şeyə nəzarət etmək və məsul olmaq qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Pompeo etiraf edib ki, Putini həmişə addımlarını hesablayan zərif və mürəkkəb siyasətçidir.

“Mən, Putini zərif və mürəkkəb həmkar hesab edirəm. O, ehtiyatsız deyil, həmişə hər şeyi hesablayır. Biz onun prioritetləri, hesablamaları ilə razılaşmaya bilərik. Amma biz heç vaxt onu faktını qiymətləndirməməliyik. Putin elə edir ki, hər şeyi idarə etmək bacarığını və rəhbər kimi dərin istəyini nümayiş etdirsin”,- sabiq dövlət katibi deyib.


Müəllif: Nemət