Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Çox yaxında, sözün əsl mənasında 10-15 dəqiqədən sonra prezident Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını çağıracaq”, – deyə Kremlin sözçüsü bildirib. O, aydınlaşdırıb ki, söhbət prezidentin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müntəzəm görüşlərdən deyil, “böyük” iclasdan gedir. Onun sözlərinə görə, tədbirdə dövlət başçısının özünün çıxışı gözlənilir, digər iştirakçıların da məruzələri ola bilər.
Aydınlaşdırıcı suala cavab verən Peskov deyib ki, bu, Təhlükəsizlik Şurasının “növbəti” iclası deyil. Eyni zamanda, Kreml sözçüsü tədbirin mövzusu ilə bağlı sualı cavablandırmayıb.