24 Fevral 2022 12:02
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə naziri Oleksey Reznikov silah saxlamağa hazır və qadir olan hər kəsi öz bölgələrində Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə qoşulmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, nazir silah əldə etmək üçün rayondakı Ərazi Müdafiə Qüvvələrinin briqadaları və batalyonları ilə birbaşa əlaqə saxlamağın lazım olduğunu deyib.

O əlavə edib ki, vətənin müdafiəsi üçün silahlanmaq istəyən şəxslərin üzərində yalnız possport olmalıdır.


Müəllif: Nemət