24 Fevral 2022 21:56
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Mançester Siti” futbol klubunun ukraynalı ulduzu Aleksandr Zinçenko sosial şəbəkə hesabından ölkəsinə hücum əmri verən Putinə çox sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Ukraynanın ukraynalılara məxsus olduğunu və heç vaxt heç kimə məxsus olmayacağını bildirən Zinçenko daha sonra Putinə sərt reaksiya verən növbəti paylaşımı edib.

“Ümid edirəm ki, ən ağrılı şəkildə ölərsən, məxluq”, - Zinçenko bildirib.

Ukraynalı futbolçunun paylaşımı daha sonra sosial şəbəkədən silinib.

Zinçenko ilk paylaşımında bu ifadələrə yer verib:

“Biz ölkəmizi heç kimə verməyəcəyik, bu yolda geri addım atmayacağıq. Sivil dünya ölkəmizdəki vəziyyətdən narahatdır. Doğulduğum, böyüdüyüm, beynəlxalq aləmdə rənglərini daşıdığım, şöhrətləndirməyə çalışdığım Ukraynanın sərhədləri toxunulmaz qalmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər