Qara dənizdə Marşal adaları bayrağı altında üzən türk gəmisinə bombanın düşdüyü bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı NTV kanalı yayıb.
Qeyd olunub ki, gəmi Odessadan Rumıniyaya doğru hərəkət edirdi.
Bombanın düşməsi nəticəsində gəminin ambarı zədələnib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Bölgədən uzaqlaşan gəmi Rumıniya istiqamətində yoluna davam edib. Gəmidə 8 türk, 11 filippin və 11 ukraynalının olduğu bildirilir.